Pirallahı sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib
16.12.2023 [10:52]
Xəbərin mətni
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir nəfər qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Həmin şəxsin qeyd etdiyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça, və 141 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.