Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

18.12.2023 [12:39]

Xəbərin mətni

Dekabrın 18-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.