CƏMİYYƏT


Qızılca yenə can aldı

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
Yerli sakinlərin AZƏRTAC-ın bölgə müxbirinə verdikləri məlumata görə, Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Təcili yardım ilk tibbi yardım göstərib və uşağın təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.