MƏDƏNİYYƏT


Kino sənayesi vergidən azad olunur, nələr dəyişəcək?

Hazırda Azərbaycan filmi deyəndə üzdə həm təbəssüm yaranır, həm də ki, bir az tərəddüd. Çünki son illərdə yerli kino istehsalında sözün həqiqi mənasında durğunluq yaşanır. Bəs görəsən bu durğunluğun səbəbi nədir, həqiqətən oynaya bilənimiz yoxdur, yoxsa pulumuz azdır? Təbii ki, kinomuzun inkişafı üçün dövlət dəstəyi hər zaman göstərilir. Növbəti addım isə film çəkilişlərinə vergi güzəştlərinin tətbiq edilməsidir. Belə ki, söhbət kino sənayesinin əlavə dəyər vergisindən azad olunmasından gedir.