MƏDƏNİYYƏT


"Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı olub

Nizami Kino Mərkəzində "Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Müdafiə Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ekran əsəri Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.