CƏMİYYƏT


Dırnaq ustası işləyən kişi: İşimi çox sevirəm

Mirhəmid Hümbətov keçirdiyi iş qəzasından sonra həyatına əlil arabasında davam edib. Ailəsinə dəstək olmaq üçün oturaq görəbiləcəyi işləri araşdırıb, sonra dırnaq ustası olmağa qərar verib. Sosial şəbəkələrdə onu qınayanlar olsa da, dəstək olanlar daha çoxdur. Deyir ki, dırnaq ustalığını sevə-sevə öyrənir, bu sahədə uğur qazanacağına inanır.