CƏMİYYƏT


Qeyri-sabit hava ayın 12-dək davam edəcək

Əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-u saat 9:00 -a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub. Gülşad Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək.