CƏMİYYƏT


Kamran Əliyev: Binəqədidə baş verən yanğının səbəbi ilə bağlı bir neçə versiya var

Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır. Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.