CƏMİYYƏT


Laçında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Respublikamızın hər yerində olduğu kimi Laçın şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla silsilə tədbirlərlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərində Bayraq meydanından başlayan anım günü toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Abadlıq Xidməti ASC-nin rəhbəri Nəsimi Əsədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilat nümayəndələri, Laçın şəhər sakinləri iştirak ediblər.