MƏDƏNİYYƏT
Ankarada kinorejissor Rasim Ocaqovun 90 illiyi qeyd edilib
22.01.2024 [22:52]
Xəbərin mətni
Ankaranın milli kitabxanasında Azərbaycanın Xalq artisti, kinorejissor Rasim Ocaqovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən keçirilən tədbirdə kinorejissorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.