CƏMİYYƏT


Qarlı havada ceyranlar görüntüləndi

Ölkə ərazisində ceyran populyasiyasının ən geniş yayıldığı ərazi Şirvan Milli Parkıdır. 2023-cü ilin payız mövsümündə aparılan son sayğı prosesində ölkə üzrə 7889, Şirvan Milli Parkında isə 6732 baş ceyran qeydə alınıb. Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşıb.