CƏMİYYƏT
Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun bu il üçün ilk iclası keçirilib
Yanvarın 26-da Zəngilan şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq işləri, layihələrinin icrası zamanı ekoloji dayanıqlığın təmin olunması, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda meşəçilik sahəsində görülmüş işlər, Zəngilan və Cəbrayıl rayonlarında aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri müzakirə edilib.