CƏMİYYƏT


Sabah sulu qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 4-6° isti olacağı ehtimal edilir.