Vyanada kinorejissor Rasim Ocaqovun yubileyi qeyd olunub
01.02.2024 [19:18]
Xəbərin mətni
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə axşamı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək, görkəmli rejissorun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan söz açıb.