Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çindəki seçicilərin səsvermə ilə bağlı fikirləri

07.02.2024 [20:39]

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Çində seçici fəallığı ilə keçirilən səsvermə başa çatıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səsvermədə iştirak edən seçicilərin hər biri səfirlikdə yaradılan seçki məntəqəsində səsvermə prosesinin azad və ədalətli keçdiyini deyiblər. Seçicilər öz iradələrini azad və sərbəst ifadə etmələri üçün yaradılan şəraitdən razı qalıblar.