Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akkan Suver: Bu seçkilər Azərbaycan, ümumiyyətlə, Türk dünyasının gələcəyi üçün önəm kəsb edir

08.02.2024 [12:01]

Xəbərin mətni

Fevralın 8-də Türkiyə Mərmərə Vəqfi müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Mərmərə Vəqfi müşahidə missiyasının rəhbəri Akkan Suver Azərbaycanda növbədənkənar prezident seçkilərinin Avropa və dünya standartlarına tam uyğun şəkildə keçirildiyini deyib. “Biz 42 məntəqədə olduq. Səhər saatlarından 17:00-dək seçki prosesini diqqətlə izlədik. Seçicilər, xüsusilə, qadınlar çox fəallıq göstərirdilər”, deyən A.Suver bildirib ki, Qarabağ dastanından sonra Azərbaycan tam bir demokratik bayram yaşadı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI