Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İƏT Pİ-nin nümayəndəsi: Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu

08.02.2024 [12:26]

Xəbərin mətni

Fevralın 8-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, qurumun müşahidə missiyasının rəhbəri, Baş katibin müavini Əli Əsgər Mohammadi Sicani Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin çox yüksək səviyyədə keçirildiyini deyib.