SİYASƏT


Mərakeşli deputat: Həqiqətən də buradakı seçkilərdən öyrəniləcək çox şey var idi

Fevralın 8-də Mərakeş parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Mərakeş parlamentinin Nümayəndələr Palatasının deputatı Tami Ovazzani Tuhami seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə erməni işğalından azad edilmiş ərazilərdə də keçirildiyini bildirib.