SİYASƏT


Sergey Markov:İlk dəfədir müasir Azərbaycanın tarixində seçkilər bütün ölkə ərazisini əhatə etmişdi

Biz burada “Vətəndaş dialoqu” qrupunu təmsil edirik. Bizim qrupun yaradılmasının məqsədlərindən biri seçkiləri müşahidə etməkdir. Biz 20 nəfərdən ibarət heyətlə dörd qrupa bölünməklə 30 seçki məntəqəsində müşahidələr aparmışıq.Bu sözləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.