SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Prezident təbrikləri qəbul edir

Ötən gün Azərbaycanda keçirilən növbədən kənar prezident seçkiləri tarixi anlarla yadda qaldı. Ölkəmizin müstəqillik tarixində ilk dəfə seçki prosesi bütöv Azərbaycanda təşkil edildi. Seçki məntəqələrindən alınmış ilkin məlumatlara əsasən xalqın etimadını qazanan Prezident İlham Əliyev 92 %-dən çox səs toplayıb. Bu nəticələrdən sonra isə təbriklər gəlməkdə davam edir. İlk olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Belarus Respublikası Prezidenti Aleksandr Lukaşenko, Macarıstanın Baş naziri Viktor Orban , Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Çeçenistanın başçısı Ramzan Kadırov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçısını təbrik ediblər.