SİYASƏT


BAMF prezident seçkilərində müşahidəçilik fəaliyyəti ilə bağlı yekun açıqlama yayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) növbədənkənar prezident seçkilərində müşahidəçilik fəaliyyətinin yekunlarına dair açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, seçkiyə qədərki dövrdə BAMF bir neçə dəfə paytaxt Bakıda və regionlarda müşahidəçilərlə görüşlər keçirib və onlar üçün təlimlər təşkil edib.