SİYASƏT


Qriqoriy Karasin: Səs vermək üçün növbəsini gözləyən insanların üzlərində təbəssüm var idi

Fevralın 8-də Rusiya parlamentinin müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qriqoriy Karasin seçkilərin təşkilinin açıq formatda və məqbul səviyyədə olduğunu qeyd edib. O, Bakıda 9-a yaxın seçki məntəqəsini ziyarət etdiyini bildirib.