SİYASƏT


Anqola parlamentinin üzvü: Seçkilər azad və qanunvericiliyə cavab verən formada keçirilib

Anqola parlamentinin nümayəndəsi Pedro De Morais Neto Azərbaycanda növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, P.Neto seçkilərin azad və qanunvericiliyə cavab verən formada keçirildiyini qeyd edib.

“Biz 15 seçki məntəqəsində olduq. Müşahidələrimə əsasən, qadın seçicilərin seçki prosesində daha çox iştirak etdiyini deyə bilərəm”, - deyə o vurğulayıb.