Meksika parlamentinin nümayəndələri demokratik seçkilər münasibətilə xalqımızı təbrik ediblər
08.02.2024 [15:15]
Xəbərin mətni
Meksika Parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı fevralın 8-də mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, Meksika parlamentinin üzvü Alberto Villa Villegas 10 seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirib. Qeyd edib ki, seçki prosesi yüksək səviyyədə təşkil edilib.