SİYASƏT


İsveçrə Teleradiosunda Azərbaycanda keçirilmiş prezident seçkiləri və regionda geosiyasi vəziyyət barədə reportaj yayımlanıb

İsveçrə Teleradiosunun (SRF) xəbər buraxılışında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri və regionda iqtisadi və nəqliyyat infrastrukturunun potensialına dair geniş reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda keçirilən prezident seçkiləri barədə məlumat verilib, dövlət başçısı İlham Əliyevin seçkilərdə böyük üstünlüklə qalib gəlməsi qeyd edilib.