Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin mediasinin prezident seçkilərinə diqqəti

08.02.2024 [22:36]

Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri və onun nəticələri, Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi əhəmiyyətli siyasi hadisə kimi dünyanın bir çox media qurumunun diqqət mərkəzində olub. Çin mediası da bu məsələyə geniş yer ayırıb. Çinin əsas kütləvi informasiya vasitələrinin prezident seçkilərinə kifayət qədər böyük maraq göstərərək seçki günü bütövlükdə həm yazılı mətbuatda, həm də televiziyada, habelə internet nəşrlərində səsvermənin gedişini, onun nəticələrini, habelə nəticələrin açıqlanmasından sonra Azərbaycandakı qələbə, bayram ab-havasını əks etdirən materiallar yer ayıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI