SİYASƏT


Britaniyalı jurnalist: Prezident İlham Əliyev uzaqgörən siyasətçi və hərbi lider rolunu bir daha sübut etdi

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi təkcə İkinci Qarabağ müharibəsində uğur qazanmadı, o, həm də özünü uzaqgörən siyasətçi və hərbi lider kimi göstərdi. Hesab edirəm ki, indiki mərhələdə onun növbəti bir neçə il üçün rolunun təsdiqlənməsinə ehtiyac var idi. Üstəlik, növbədənkənar prezident seçkiləri Azərbaycanın neytrallığı qoruyub saxladığına dair dünyaya siqnal oldu. Onun həm Qərb, həm də Rusiya ilə çox gözəl diplomatik münasibətləri var, bu da son dərəcə vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında britaniyalı jurnalist və ekspert Neil Vatson səsləndirib.