Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şamaxıda könüllülərin təlim düşərgəsi açılıb

09.02.2024 [19:33]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı Olimpiya Mərkəzində könüllülərin təlim düşərgəsinin açılış mərasimi olub.
Düşərgə, ümumilikdə, 3 gecə, 4 gün davam edəcək. Düşərgədə könüllülük fəaliyyəti haqqında ümumi məlumatlar, fövqəladə hallar zamanı davranış qaydaları paylaşılacaq, komanda oyunları və stresli şəraitdə fəaliyyətlər haqqında təlimlər keçiriləcək.