SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Xocalı yenidən tikilir

Xocalıda tikinti-quruculuq işləri davam edir. “Bakı Abadlıq Xidməti”ndən AZƏRTAC-a verilən məlumata görə, tezliklə Xocalıda 50 evin tikintisi başa çatdırılacaq. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 113 ev yenidən qurulur.