Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC XƏBƏR VERİR: Konstitusiya Məhkəməsi Prezident seçkilərini təsdiqlədi

13.02.2024 [19:00]

Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunlarını təsdiqləyib və elan edib. Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərara əsasən prezidentliyə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib.