SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər hərbi and içiblər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusu sıralarına daxil olan gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər gəncləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, cəsur, intizamlı olmağı və Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.