CƏMİYYƏT


Bulvarla dəniz arasında quru sahə yaranıb, bitkilər əmələ gəlib Astara bulvarından REPORTAJ

Son illərdə Xəzər dənizinin suyunun geri çəkilməsi Astara rayonunda da sahil ərazilərdə quru sahələrin yaranmasına səbəb olub. Hətta bu ərazilərdə illər öncə subasma nəticəsində məhv olmuş bəzi bitki növlərinin yenidən əmələ gəlməsi də müşahidə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə il əvvəl Xəzərin suları Astara bulvarının başlanğıc nöqtəsinə qədər gəlib çatırdı. Lakin son illər dəniz suyunun çəkilməsi nəticəsində bulvarla dəniz arasında geniş quru sahə yaranıb.