Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Prezidenti: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanması bölgəmizdə və dünyada əmin-amanlıq və sabitlik üçün ümid mənbəyi olacaq

19.02.2024 [18:01]

Xəbərin mətni

Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik.
AZƏRTAC xəbər verir ki, bu fikri fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI