CƏMİYYƏT


Xocalıdan 10 yaşında çıxmış Aliyə: Anam öldüyümü düşünüb, “meyit”imi gətirib ki, məzarım olsun

Aliyə Abışova 1981-ci ildə Xocalı şəhərində anadan olub. Atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Aliyə Xocalıdan çıxanda 10 yaşında idi. 1992-ci il fevralın 25-i axşam saatlarında ermənilərin Xocalıya hücumu başlayan gecə ailəsi ilə birlikdə evlərinin zirzəmisində gizlənib, daha sonra şəhəri tərk ediblər. Dinc insanların qanına susayan ermənilərin təqiblərindən, ayaqyalın, ac-susuz anası və üç bacısı ilə birgə üç gün meşədə yol qət etdikdən sonra Ağdama çatıblar.
Xocalı soyqırımının şahidi Aliyə Abışova qətliamın 32-ci ildönümündə o anları yenidən xatırlayıb və başına gələn dəhşətləri AZƏRTAC-ın bölgə müxbirinə danışıb.