CƏMİYYƏT


Xocalıya sakini: Evimə qayıdanda keçmiş günləri xatırladım

Biz bu gün Xocalıdayıq. Hər il Xocalı faciəsinin ildönümü zamanı “Xocalıda faciə qurbanlarının ruhları şad olsun” deyirdik. Bu gün isə sözün əsl mənasında “Xocalı şəhidlərimizin ruhları” şaddır. Sentyabr ayında düşmən tapdağından azad olan Xocalı bu gün öz sakinlərinindir. Artıq xocalılar öz dədə-baba yurdlarına qayıdır. Eyni ilə Mehriban xala kimi.