Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini: Elə meyit olurdu ki, biz ona beş dəfə baxırdıq, qardaşlarımı axtarırdıq

26.02.2024 [19:42]

Lətafət Mehrəliyeva Xocalı sakini olsa da, faciə zamanı Xocalıda olmayıb. Ancaq o da bu faciədə anasını itirib. Qardaşları bir neçə gün itkin olub. Lətafət xanım həmin dəhşətli gecədə doğmalarının başına gələn hadisələri AZƏRTAC-a danışıb.