Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Görmə məhdudiyyətli qarmon ifaçısı

29.02.2024 [12:17]

Balaca əlləri ilə qarmon ifa edən bu qız Fidan Quliyevadır. O, anadangəlmə görmə məhdudiyyətlidir. Buna baxmayaraq o, qarmonda məharətlə ifa edir. Uşaqlıqdan musiqiyə həvəs göstərən Fidanın valideynləri onu musiqi məktəbinə qoyur. Fidan orada müəllimi Vüsal Qəhrəmanovun sayəsində qarmonu öyrənir və sevir. Fidan hazırda 5 saylı respublika xüsusi internat məktəbində və eyni zamanda  38 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. Deyir ki, qarmon ifa etmək o qədər də asan deyil, amma o bunun öhdəsindən uğurla gəlir.