SİYASƏT


Hərbi qulluqçularımız Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcəklər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın  23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. 
Səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.