MƏDƏNİYYƏT
Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub
20.03.2024 [16:21]
Xəbərin mətni
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.
Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın iştirakı şənliyə rəng qatıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.