SİYASƏT
AZƏRTAC XƏBƏR VERİR: XİN: Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq
21.03.2024 [18:12]
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, A.Hacızadə bununla bağlı qeyd edib: “Martın 20-də Fransa Respublikasının Baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.