MƏDƏNİYYƏT


Tanınmış vokal ifaçısı Səməd Vurğunun şeirinə bəstələnmiş musiqiyə klip çəkdirib

Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun doğum günüdür. O, ədəbiyyatımızın inkişafında mühüm rol oynayıb, ölməz əsərləri ilə onu daha da zənginləşdirib.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov onun əziz xatirəsini yad edərək, şairin 1953-cü ildə qələmə aldığı "Şair, nə tez qocaldın sən" şeirinə bəstələnmiş, musiqisi Xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlova məxsus əsəri təqdim edib.