SİYASƏT


GÜNÜN MÖVZUSU: Regionun nüvə təhlükəsi-Metsamor

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktub ünvanlayıblar və məktubda qəza vəziyyətində olan, istismar müddətini çoxdan başa vurmuş Metsamor AES-in region üçün böyük nüvə təhlükəsi yaratdığı qeyd edilib. Mövzunu studiyamızın qonağı "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli ilə müzakirə etdik.