MƏDƏNİYYƏT
Cenevrədə Novruz bayramı qeyd olunub
25.03.2024 [14:39]
Xəbərin mətni
Cenevrədə Novruz bayramına həsr olunan tədbir keçirilib
AZƏRTAC xəbər verir ki, bayram tədbiri Azərbaycanın Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə Cenevrədə və ətraf bölgələrdə yaşayan soydaşlarımız və Novruzu milli bayram kimi qeyd edən dost və qonşu ölkələrin səfirləri iştirak ediblər.