SİYASƏT


GÜNÜN MÖVZUSU:Metsamorun fəaliyyəti niyə dayandırılmır?

Bir-neçə gün öncə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükə ilə bağlı açıq məktub ünvanlandı. Metsamor Atom Elektrik Stansiyası bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Hər keçən gün bu risk daha da böyüyür. Ermənistan tərəfi isə bu işə məsuliyyətsiz yanaşır, stansiyanın fəaliyyətini davam etdirir. Stansiyanin istismar müddəti başa çatsa da hələ də fəaliyyət göstərməyə davam edir. Mövzunu “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənovla müzakirə etdik.