Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC XƏBƏR VERİR: Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov torpağa tapşırılıb

27.03.2024 [18:20]

Martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsinin rəhbərliyi, şəhidin ailə üzvləri, qohumları, Xocalı rayon sakinləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bölmənin digər videoları