SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bugün Milli təhlükəsizlik orqanları peşə bayramlarını Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər.