SİYASƏT


Naqif Həmzəyev: Azərbaycan-Çin münasibətləri yaxın gələcəkdə daha da inkişaf edəcək

Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayı günü-gündən artmaqdadır. Əsasən də Azərbaycan iqtisadiyyatını daha da gücləndirən əlaqələr var ki, onların da başında Çin ilə olan əlaqələr gəlir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Onun fikrincə, Azərbaycan-Çin münasibətləri yaxın gələcəkdə daha da inkişaf edəcək.