SİYASƏT


“GÜNÜN MÖVZUSU”: Azərbaycan-Çin əlaqələrinin inkişafı

Azərbaycan-Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqustunda Çinin ölkəmizdə səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Milli Məclis Azərbaycanın Pekində səfirliyinin açılması haqqında qərar qəbul edib.
Azərbaycan-Çin arasında siyasi və iqtisadi əlaqələr ardıcıl inkişaf edir, strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələr haqqında studiyamızın qonağı politoloq Amid Əliyevlə müzakirə edirik.