MƏDƏNİYYƏT


İsveç telekanalında Nobel qardaşları haqqında sənədli film nümayiş etdirilib

İsveçin SVT telekanalının efirində prodüser Natali Reqner və rejissor Daniel Ottossonun “Nobel qardaşları” adlı üçhissəli sənədli dramı nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, İsveçin “Storyfire” prodüser kompaniyasının lentə aldığı bu ekran əsəri Benqt Yanqfeldtin “İmmanuel Nobel və oğulları - çar Rusiyasında İsveç dahisi” kitabının motivləri, habelə minlərlə məktub, arxiv materialı, fotoşəkillər, ekspertlərlə və hazırda həyatda olan Nobel nəslinin nümayəndələri ilə müsahibələr əsasında ərsəyə gətirilib. Film mühəndis, ixtiraçı, sənayeçi sülaləsinin banisi və İmmanuel ailəsinin başçısından tutmuş neft sənayeçisi və mühəndisi olan nəvəsi Emmanuelə qədər - Nobellərin üç nəslinin hekayəsindən bəhs edir.