CƏMİYYƏT


Regionların davamlı inkişafı sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir – Hacıqabuldan REPORTAJ

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün Prezident İlham Əliyev bölgələrə səfəri çərçivəsində Hacıqabul rayonunda Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib, “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.